BMT baş katibinin sözçüsü İsrailin Qəzzadakı xəstəxanalara hücumundan narahatlığını bildirib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Qəzzada baş verən son hadisələrə cavab olaraq BMT-nin rəsmisi Stefan Düjarrik deyib: İsrailin Qəzza zolağına humanitar yardım və zəruri əşyaların daxil olmasına mane olmasından 7 həftədən çox ötür və baş katib İsrail qüvvələrinin Qəzza zolağında Əl-Əhli xəstəxanasının bombalanmasından da dərin narahatdır.
Düjarrik Qəzza zolağında günü-gündə pisləşən humanitar vəziyyətə işarə edərək deyib: Hazırda Qəzza əhalisinin təxminən 70%-i İsrailin məcburi təxliyə əmri altındadır. Beynəlxalq hüquqa əsasən, mülki şəxslər hər zaman qorunmalıdır və onlara hörmət mütləqdir. Atəşkəs dərhal təxirə salınmadan bərpa olunmalıdır.