Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsrail ordusunun Fələstin ərazilərindən 12 ay ərzində çıxarılması tələbinin qoyulduğu qətnaməni 124 səslə qəbul edib.
Əl Aləm telekanalının məlumatına əsasən, sənədin lehinə 12 ölkə çıxıb, 43-ü isə bitərəf qalıb.
Qətnamədə həmçinin ölkələr İsrailin yaşayış məntəqələrindən idxal olunan məhsullara qadağa qoyulmasına çağırılıb.
Xatırladaq ki, mayın 10-da Baş Assambleya Fələstinin təşkilata üzvlüyünün TŞ-də yenidən müzakirə olunmasını və ona bəzi əlavə hüquqlar verilməsini tələb edən qətnamə layihəsini təsdiqləmişdi. Fələstin 2011-ci ildə BMT-yə tam üzv olmaq üçün müraciət etmiş, lakin bu müraciət lazımi dəstəyi almamışdı.