BMT-nin bir sözcüsü bu təşkilatın həmişə olduğu kimi Fars Körfəzi adından istifadə edəcəyindən xəbər verib.
Qafqaztimesin xaici medialara istinadən verdiyi məlumata əsasən, Stefani Trembli bu gün (8 may) ABŞ prezidenti Donald Trampın Fars körfəzinin adının dəyişdirilməsi ilə bağlı qərəzli şayiələri ilə bağlı sualı cavablandırarkən deyib: Hələlik yekun qərar qəbul olunmayıb və heç kimin emosiyalarını incitmək istəmir.
Xatırladaq ki, ABŞ prezidenti Yaxın Şərqə səfəri astanasında Fars Körfəzinin adının dəyişdirilməsi barədə qərarını açıqlayarkən deyib: Oraya çatanda məndən bu barədə soruşacaqlar. Mən də qərar verməli olacağam. Əlbəttə mən heç kimin emosiyalarına toxunmaq istəmirəm. Kimsənin üzülüb-üzülməyəcəyini də bilmirəm.