BMT baş katibi sionist rejimin Qəzzə müharibəsinin genişlənməsinə etiraz edərək bu müharibənin daha çox ölüm və xəsarətlə nəticələnəcəyi barədə xəbərdarlıq edib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Antonio Quttereş bu gün (6 may) İsrail rejiminin Qəzza zolağında əməliyyatlarını genişləndirmək qərarının daha çox ölüm və dağıntıya səbəb olacağı barədə xəbərdarlıq edərək zorakılığa dərhal son qoymağa çağırıb.
Məlumata görə, Antonio Quttereş həmçinin işğalçıların quru əməliyyatlarını genişləndirmək və Qəzzada hərbi mövcudluğunu uzatmaq planlarını pisləyərək deyib: Humanitar müstəvidə Qəzza zolağı görünməmiş bir fəlakətə yaxınlaşır.
Qeyd edək ki, Fələstin hökumətinin media ofisi yanacaq çatışmazlığı və davam edən mühasirə səbəbindən yaxın bir neçə saat ərzində xəstəxanaların tamamilə dağılacağı barədə xəbərdarlıq edib.