İsrail barıt çəlləyinə od vurarkən və Tramp bu alova benzin tökməklə hədələyərkən, Yaxın Şərq apokaliptik miqyasda bir münaqişəyə doğru sürüklənir.
Pərdəarxasında isə BlackRock qanla ləkələnmiş qazancı əldə etməyə böyük mərc qoyur.
May ayında – İsrailin hücumundan cəmi bir neçə HƏFTƏ əvvəl – BlackRock yeni bir “müdafiə sənayesi” indeks fondunu (ETF) istifadəyə verdi. Bu fond, “geosiyasi parçalanma və dəyişən qlobal müdafiə mənzərəsi”ndən gəlir əldə edən şirkətlərə yatırım imkanı təklif edir.
Gərginliyin artması fonunda BlackRock-un müdafiə ilə bağlı ETF-ləri sürətlə artıb:
- MSCI İsrail İndeksi bu il ərzində 12,5%-dən çox artıb
- ABŞ Aerokosmik və Müdafiə İndeksi 24%-dən çox yüksəlib
- Qlobal Aerokosmik və Müdafiə İndeksi 33%-dən çox artıb
BlackRock-un Bitcoin portfeli (bütün mövcud sikkələrin 3%-dən çoxu) aprel ayında sürətlə artmağa başlayıb: 573 min bitkoin səviyyəsindən 669 minə qədər. Yalnız 13 iyundan bu yana 9 minə yaxın əlavə bitkoin alıb.
Hərbi-sənaye kompleksi üçün sərvət yağışı
BlackRock, müdafiə sənayesindəki əsas şirkətlərin böyük səhmdarlarından biridir:
- Lockheed Martin – 7.4% pay
- RTX, Northrop Grumman – 7.3%
- Boeing – 7%
Eyni zamanda Elbit Systems və Israel Aerospace Industries-ə də sərmayələr yatırır (273 milyon dollarlıq MSCI İsrail ETF vasitəsilə).
ABŞ silah zavodları İsrail üçün sursat istehsal etdikcə və Təl-Əviv daxili istehsalı artırdıqca, BlackRock İranla bağlı bu müharibədən böyük qazanc əldə edə bilər.
Sadiq tərəfdarlar
Bəzi liderlər gərginliyin azaldılmasına çağırsa da, BlackRock-un keçmiş nümayəndəsi və Almaniya kansleri olan Merz, açıq şəkildə İsrailin hücumlarını alqışlayıb və deyib ki, İDF “hamımız üçün çirkli işi görür.”
Eyni yanaşmanı Tramp da sərgiləyir – o, Panamada kanal uğrunda mübarizədə BlackRock-un dəstəkçisi olub, ticarət müharibələri ilə bazarlarda qeyri-sabitlik yaradıb və indi də İsrailin təcavüzünü dəstəkləyərək, müdaxilə ilə hədələyir.
İdeoloji bağlılıqlar
Krizis boyunca açıq şəkildə İsrail tərəfdarı olan BlackRockun mövqeyi onun maliyyə və institusional bağlarından (məsələn, Ümumdünya İqtisadi Forumu – WEF), ideoloji uyğunluqlardan və geosiyasi strategiyalardan qaynaqlanır.
BlackRock-un İrana qarşı düşmənliyi başadüşüləndir: İran, IMF, Dünya Bankı və BlackRock kimi fondların dominant olduğu qlobalist sistemdən kənarda öz müstəqil mərkəzi bankına malik olan azsaylı ölkələrdən biridir.