NASA alimləri dəfələrlə tədqiq edilən Bennu asteroidinin Yer üçün potensial təhlükə yaratdığını müəyyən ediblər.
OSIRIS-REx elmi qrupu bildirir ki, əsr yarımdan sonra – təxminən 2182-ci ildə bir göy cismi Yerə “eniş” edə bilər.
Məlumata görə, belə bir hadisənin baş vermə ehtimalı kifayət qədər kiçik olaraq qalır və Yerə yaxınlaşma da digər amillərdən asılı olduğundan hazırda 0,037% qiymətləndirilir. Məsələn, 2135-ci ildə Bennu planetin yanından keçməlidir, lakin cazibə qüvvəsi yarım əsr sonra Yer sakinləri üçün ölümcül nəticə verəcək şəkildə kursu dəyişə bilər.
Asteroidin təxminən 700 min kvadrat kilometr ərazini məhv edə biləcəyi qeyd olunur. Bundan başqa, tədqiqatçılar təsir enerjisinin təxminən 1200 meqaton olacağını təxmin edirlər.
Müqayisə üçün qeyd edək ki, Sovet Çar Bombasının zərbə enerjisi cəmi 58,6 meqaton olaraq qiymətləndirilirdi.
2 şərhlər
I evvery timee spent my half an hoour to read thhis website’s poswts everydy along with a ccup
of coffee.
Wow, superb blog format! How lengthy have you ever been running a blog for?
you make running a blog glance easy. The full glance of your web site is great, as neatly as the content material!
You can see similar here sklep internetowy