İsrailin istefa vermiş kabinet naziri Əl Qəssam Briqadalarının sözçüsü İsrail rejiminin Qəzzada atəşkəsi pozması və məhbusların azad edilməsini dayandırması ilə bağlı açıqlamasına reaksiya verib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, İtamar Ben-Qvir dünən axşam (9 fevral) deyib: Həmasın açıqlamasına yeganə cavab Qəzza zolağına havadan və qurudan kütləvi hücum və bu zolağa hər cür yardımın göndərilməsinin tamamilə dayandırılmalıdır. Biz Qəzzədə müharibə və dağıntı mərhələsinə yenidən qayıtmalıyıq.
Sionist rejimin müharibə naziri də iddia edib ki, Həmas əsirlərin azad edilməsini təxirə salmaq barədə bəyanatı atəşkəs razılaşmasının açıq şəkildə pozulması deməkdir.
Yesrael Katz həmçinin orduya Qəzza zolağında mümkün ssenarilərlə məşğul olmaq üçün ən yüksək hazırlıq vəziyyətində olmağı əmr etdiyini də deyib.