Sionist rejimin istefa vermiş daxili təhlükəsizlik naziri sahib olduğu partiya tərəfindən Oslo Razılaşması kimi bütün əlaqədar razılaşmaların ləğvi barədə planını parlamentə təqdim edib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, İtamar Ben Qvir bu gün (9 mart) Utsima Yahudiyat partiyası tərəfindən Oslo, Əl Xəlil və Vay River razılaşmalarını ləğv etmək barədə planını Knessetə təqdim edib.
Ben Qvir həmçinin bu planın yuxarıda adı çəkilən müqavilələrin imzalanmasından əvvəl vəziyyəti bərpa etmək və bu müqavilələr çərçivəsində verilmiş torpaqları geri almaq məqsədi ilə təqdim edildiyini də iddia edib.
Ben Qvirin planına əsasən, bu razılaşmaların həyata keçirilməsi üçün qəbul edilmiş bütün qanunlar ləğv edilməli, sionist rejimin baş naziri bu qanunun icrası üçün göstərişlər vermək, o cümlədən bu razılaşmaların nəticələrini aradan qaldıracaq tədbirlər görmək səlahiyyətinə malik olacaq.