Sionist mediaları gələn 24 saat ərzində Ben Qurion hava limanında 80 uçuşun təxiri barədə məlumatlar yayımlayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, işğal olunmuş Fələstindən baş tutacaq hava reyslərinin bu səviyyədə ləğv edilməsi İsrail tarixində ilkdir.
Məlumata görə, Ben Qurion hava limanında ləğv edilən uçuşların əsas səbəbi Yəmən silahlı qüvvələrinin İsrailə hücum xəbərdarlığıdır.
Qeyd edək ki, bu xəbərdarlıqdan sonra İspaniya, Avstraliya, Almaniya və digər bu kimi Avropa ölkələri İsrailə uçuşlarını dayandırdıqlarını rəsmi surətdə elan ediblər.