ABŞ prezidenti bir daha Konqresdən odlu silahlara məhdudiyyətin qoyulması haqda qanunun təsdiqlənməsini istədi.
Əl Aləm telekanalının məlumatına əsasən, Amerika prezidenti Co Bayden son zamanlarda ştatlarda baş verən bir çox silahlı basqınlar və insidentlərin qarşısını almaq üçün Konqresdən odlu silahların daşınmasına məhdudiyyətlər qoyulması barədə qanunun təsdiqlənməsini tələb edib.
C.Bayden bu gün (25 may) Texas ştatında bir orta məktəbdə baş verən silahlı insident nəticəsində həlak olan məktəblilərin anım mərasimindəki çıxışında deyib: Konqres odlu personal silah alqı-satqısı və daşınmasına təhlükəsizlik məhdudiyyətləri qoyulmadığı zamana qədər küçələrdə insanların rahatlığını təmin etmək mümkün olmayacaq və biz bunun qarşısını ala bilməyəcəyik.
Qeyd edək ki, 2022-ci il mayın 24-də Texas ştatı Yuvaldi şəhərində ibtidai orta məktəbə daxil olan silahlı şəxs odlu silahla 19 şagird və 2 müəllimin ölümünə səbəb olmuşdu. Bu insident ötən ilin ən dəhşətli hadisəsi elan olunnub.