Amerikanın keçmiş prezidenti Donald Tramp hətta təyyarəyə minmək iqtidarında olmayan Co Baydenin dünyanı 3-cü dünya müharibəsinə sürüklədiyini vurğulayıb.
Təsnim İnformasiya Agentiyinin məlumatına əsasən, D.Tramp sosial mediadakı hesabında yazıb: Co Bayden təkbaşına təyyarəyə belə minə bilmir, pilləkənləri çıxarkən həmişə sətriləryir və yerə yıxılır. Amma bununla belə dünyanı 3-cü dünya müharibəsinə sövq edir.
Trampa görə Ukraynadakı müharibənin gərginləşməsi ABŞ ordusunu fəlakət həddinə çatdırır.
Bundan əvvəl Bayden Finlandiya prezidenti Sauli Niiniste ilə danışıqların yekunu üzrə mətbuat konfransı zamanı demişdi ki, Ukraynanın Rusiya ilə öz ərazisində gedən hərbi əməliyyatlar zamanı NATO-ya daxil olması III Dünya müharibəsinin başlanması demək olacaq.