Vətəndaşlardan biri başına gələn dələduzluq faktı barədə məlumat verib. Vətəndaş deyir ki, bir müddət əvvəl internet üzərindən mobil telefon alıb. “Telefon bağlı paketdə mənə evə çatdırıldı. Pulunu da gətirən şəxsə nağd olaraq ödədim. Bir müddət sonra “Soliton” mağazalar şəbəkəsindən mənə mesaj gəldi. Aydın oldu ki, mağazanın müraciəti əsasında mənim telefonum IMEI kodu bağlanıb. Məsələni araşdırmaq üçün mağazaya müraciət edəndə məlum oldu ki, telefonu aldığım şəxs cihazı “Soliton”dan kreditə götürüb və daha sonra mənə satıb. Kredit ödəmədiyi üçün də mağaza telefonun kodunu bağlatdırıb.”
Vətəndaş deyir ki, polisə müraciət etsə də ərizəsi qəbul olunmayıb. “İndi telefonu aldığım adama zəng çatmır. Həm pulum gedib, həm də telefonu işlədə bilmirəm. Bu şəxs mənə də, mağazaya qarşı da dələduzluq edib. Əgər kreditə telefon alıbsa deməli onun bütün məlumatları mağazada var. Polis dələduzu aşkarlaya bilər.”

1 şərh
👉 $5,000 FREE EXCHANGE BONUSES BELOW 📈 👉 PlaseFuture FREE $3,000 BONUS + 0% Maker Fees 📈 + PROMOCODE FOR NEWS USERS OF THE EXCHANGE 👉 [M0345IHZFN] — 0.01 BTC 👉 site: https://buycrypto.in.net Our site is a secure platform that makes it easy to buy, sell, and store cryptocurrency like Bitcoin, Ethereum, and More. We are available in over 30 countries worldwide.