Qafqaztimes xəbər verir ki, İraq mənbələri çərşənbə günü axşam saatlarında bildiriblər ki, Bağdad hava limanında İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri şəhid Hacı Qasim Süleymani və İraqın Əl-Həşdi Şabi təşkilatının rəis müavini şəhid Əbu Mehdi əl-Mühəndisin xatirələrinə həsr olunmuş abidənin tikinti layihəsini həyata keçirən şirkət bu layihənin təxirə salındığını elan edib.
Sabirin News telegram kanalının məlumatına görə, layihəni həyata keçirən şirkət qeyd edib ki, ilk dəfə İraqın hazırkı baş naziri Mustafa Əl-Kaziminin ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyətdə olması və onun İraqa qarşı sanksiyalar tətbiq etmək qorxusu ilə əlaqədar olaraq layihənin icrasını başqa vaxta salmaq barədə tələbindən sonra abidənin tikintisi təxirə salınmışdı.
Şirkət əlavə edib: “Bizi layihə yerində bir sıra xarici şirkətlərin olması, əmrin və qanuni sənədin icrasına mane olmaları daha çox təəccübləndirdi.”
Məlumata görə, şirkət bildirib ki, layihə icrasını apararkən, G4S şirkətinə məxsus bir İngilis qrupu və bir neçə Amerika şirkətlərindən ibarət başqa bir qrup, şirkətin abidənin tikintisi ilə bağlı bütün rəsmi icazələrə malik olmasına baxmayaraq, onlardan dərhal layihə yerini tərk etməyi tələb ediblər.