İran XİN sözcüsü ABŞ-İran texniki-ekspertlər danışıqlarının növbəti raundu barədə detallı məlumatın gələn həftə veriləcəyindən xəbər verib.
Qafqaztimüsin xarici medialara istinadən verdiyi məlumata əsasən, İsmail Bəqai bu gün (7 may) deyib İran-ABŞ danışıqlarının növbəti raundu ilə bağlı məlumat, vaxt və yer dəqiqləşən kimi Omanlı vasitəçi tərəfindən açıqlanacaq. Hal-hazırda danışıqlar üçün dəqiq zaman təyin edilməyib. Amma Oman gələn həftənin əvvəlində olma təklifini irəli sürüb.
İran XİN sözcüsü həmçinin müzakirələrin təxirə düşmə səbəbinin Oman olduğunu qeyd edərək ölkənin beynəlxalq hüquq normalarına uyğun olaraq, sülh və enerji sahəsindəki prinsipial mövqeləri əsasında konkret çərçivələr müəyyən etdiyini də vurğulayıb.