Bəhreyndə əqidə məhbusları bir daha həbsxanalarda acınacaqlı vəziyyətin yaxşılaşdırılması, minimum insan hüquqlarının bərpa edilməsini tələb edirlər.
Əl-Aləm telekanalının məlumatına əsasən, seyid Əhməd Əl-Vadədi twitter hesabında BBC xəbərini yayımlayaraq yazıb: Bəhreyndə siyasi məhbuslar yenə də həbsxanadakı pis vəziyyətin yaxşılaşdırılmasını istəyirlər.
Əhməd Əl-Vadədinin yazdığına görə Bəhreyn həbsxanalarında siyasi və əqidə məhbuslarının cümə namazına icazə verilmir və camaat namazı ləğv edilib.
Əl-Aləm yazır: Bəhreynin Milli Vifaq Cəmiyyəti də yanvarın 18-də belə bir twit yazaraq xalqdan siyasi məhbuslarla həmrəylik və onlara dəstək məqsədi ilə “Məzlumların Fəryadı” adlı onlayn kompaniyaya qoşulmağa dəvət etmiş, yanvarın 14-də mərkəzi zindanda minimum insan haqlarının bərpası tələbi ilə 162 siyasi məhbusun da imzaladığı ərizəni ölkə rejiminə təqdimindən xəbər vermişdi.