Yardımlı rayonda azyaşlı əlil məktəblini direktor tərəfindən döyülməsi hadisəsi baş verib.
Bu barədə azyaşlı əlil məktəblinin qohumları xəbər verib.
Müraciətdə deyilir:
“Yardımlı rayon Çayüzi kənd orta məktəbin gözdən əlil 8 sinif şagirdi Sultanlı Elcan Səyavuş oğlu, Nisəqala kənd orta məktəbin direktoru Şükürağa Şahbazov tərəfindən döyülərək xəsarət yetirilib. Xəsarət alan məktəbli dərhal RMX-ya aparılaraq müayinə edilib. Müayinə zaman əlil məktəblinin ciddi xəsarət aldığı üzə çıxıb. Və bu barədə DİN-in 102 xidmətinə məlumat verilib.
Qeyd edim ki, Nisəqala kənd orta məktəbin direktoru Şükürağa Şahbazov hadisəyə səbəb kimi onun nəvəsi ilə gözdən əlil 8 sinif şagirdi Sultanlı Elcan Səyavuş oğlu arasında yaranan dartışma olduğunu deyib. Hazırda Yardımlı RPİ-də araşdırma aparılır.
Həmçinin bildirim ki, məktəb direktoru tərəfindən döyülən Sultanlı Elcan Səyavuş oğlu gözdən 1-ci qrup əlildir və qəyyumluğu var. ..”


