Azərbaycanda sürücü avtomobilin arxasına it bağlayıb.
Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Videodan görünür ki, it VAZ-2106 markalı avtomobilin arxasına bağlanıb. İt hərəkətdə olan avtomobilin arxasınca qaçmaq məcburiyyətində qalıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, paylaşılan videogörüntü ilə bağlı araşdırma aparılır:
“Görüntülər Şamaxı rayonunda qeydə alınıb. Avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib. Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbir görüləcək”.