İslam İnqilabının Aliməqam rəhbəri bir neçə Avropa ölkəsinin müqəddəs Qurani Kərimə qarşı hörmətsizliyinə etiraz edərəd buyurub: Qurana belə hörmətsizlik imperialistlərin islamı hədəfə aldıqlarının göstəricisidir.
Əl-Aləm telekanalının məlumatına əsasən, Həzrət Ayətullah Üzma Xameneinin ərəb dilindəki Twitter hesabında dərc olunan mövqeyi belədir: Söz azadlığı şüarı ilə Quranın ağılsızcasına təhqirə məruz qoylması dünya imperialistlərinin əsas məqsədinin Quran və islam olduğunu sübut edir. Onların bu fitnələrinə rəğmən zaman keçdikcə Quranın daha da populyarlaşmasını müşahidə edirik. Gələcək İslam və Quranladır. Dünyada bütün azadlıqsevər insanlar yekdilliklə islam müqəddəslərinin təhqiri və onlara qarşı nifrət hissini oyatmağa çalışanların qarşısında dayanmalıdırlar.
Xatırladaq ki, Danimarkanın ifrat sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludan yanvarın 21-də İsveçin paytaxtı Stokholmda Qurani-Kərimi yandırıb və etiraz aksiyası zamanı heç kimin Paludana yaxınlaşmasına icazə verilməyib. Yanvarın 24-də isə Niderlandda Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld Haaqada təkbaşına keçirdiyi aksiyada Quranı cırıb.