QafqazTimes.com xəbər verir:
Ayətullah Sübhani azərbaycanlı ruhanini aclıq aksiyasını dayandırmağa çağırdı.
Cənab Ayətullah Sübhani ruhani Hacı Tale Bağırzadə və yoldaşlarına ünvanladağı müraciətdə onları aclıq aksiyasını dayandırmağa çağırdı. Hacı Tale və yoldaşları Azərbaycan Respublikasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) dindarların sorğu-sualı zamanı polis əməkdaşlarının Allah və məsum imamları (ə) təhqir etməsinə etiraz olaraq, aclıq aksiyasına başlayıblar.
Ayətullah Sübhaninin müraciətinin tam mətni:
Cənab Hacı Tale Bağırzadə, sizin və yoldaşlarınızın vəziyyətindən xəbərdar oldum. Aclıq aksiyasını dayandırmağınız lazımdır, inşaallah problem başqa yolla həllini tapar.
Cəfər Sübhani