Yeni il gecəsi Novosibirskdə çoxmərtəbəli binanın iki eyvanı həyətdə atılan fişənglər səbəbindən yanıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Novosibirsk vilayəti üzrə baş idarəsindən bildirilib.
“Ölçüsü 4×1,2 metr olan 2 eyvan yanıb. Mənzillərə ziyan dəyməyib”, – Nazirlikdən vurğulanıb.
30 dəqiqədən sonra yanğın lokallaşdırılıb, iki dəqiqə sonra isə açıq alov söndürülüb.
Yanğının söndürülməsinə 26 nəfər canlı qüvvə və 8 texnika cəlb olunub.