Zühurun yeni əlaməti baş verdimi? Texnika işdən düşdü. 42 min uçuş ləğv edildi, səhiyyə, bankçılıq, nəşriyyat…

Qafqaztimes xəbər verir ki, hal-hazırda dünyanın bir çox ölkələrində ciddi texnologiya problemləri yaşanmaqdadır.

Əsasən “Windows” əməliyyat sistemi ilə təmin edilən bir çox xidmətlər iflic vəziyyətinə düşüb.

Belə ki, 42 min təyyarə uçuşu ləğv edilib. İnternet Texnologiyası xidmətləri ilə təmin edilmiş bir çox xəstəxanalar, əczaxanalar, nəşriyyatlar və sair insanlara xidmət göstərə bilmirlər.

Mütəxəssislər isə problemin baş vermə səbəbi ilə bağlı dəqiq heç nə deyə bilməyiblər.

İnsanlar arasında dünyada baş verən bu misli görünməmiş hadisə barəsində müxtəlif fikirlər söylənilir.

Bəziləri güman edirlər ki, bu hadisədə dini mənbələrdə barəsində hədislər olan “Həzrət Məhdinin zühuru ərəfəsində texnologiyanın işdən düşməsi” məsələsinə işarə ola bilər.
Lakin bir sıra alimlərin fikrincə hədislərdə texnologiyanın işdən düşməsi deyildikdə nəzərdə tutulan iman və mənəviyyatın hərbi texnologiyaya, silaha qalib gəlməsidir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib