Ziyad əl-Nəxalə: Müqavimət, sionistlər Fələstini tərk edənə qədər onlarla mübarizəyə davam edəcək

Qafqaztimes xəbər verir ki, Əl-Məyadin telekanalının  verdiyi məlumata görə, Fələstin İslami Cihad hərəkatının baş katibi Ziyad əl-Nəxalə bu gün Beyrutun cənubundakı Zahiyə bölgəsində livanlılarla görüşdə çıxış edib.

O, belə deyib: “Fələstin torpağının hər yerində böyük bir mübarizədəyik. Bu mübarizədə Fələstin xalqının bütün təbəqələri Qüds və Məscidül-Əqsanın müdafiəsi tarixində yeni bir səhifə açmaqdadırlar.”

Əl-Nəxalə bildirib: “Qüds hələ də bizim ən yaralı yerimizdir. Fələstin xalqı çətin şəraitə və hərtərəfli mühasirəyə baxmayaraq mübarizəsini davam etdirəcək və müqavimət də onlarla birlikdə meydanlarda olacaqdır.”

İslami Cihad hərəkatının baş katibi belə deyib: “Biz yenə də İsrailin hörümçək yuvasından daha zəif bir rejim olduğunu təkrar edirik.”

O, həmçinin qeyd edib: “Müqavimət, sionistlər Fələstini tərk edənə qədər onlarla mübarizəyə davam edəcəkdir.”

Fələstin İslami Cihad hərəkatının baş katibi Ziyad əl-Nəxalə belə əlavə edib: “Fələstin müqaviməti baş verən bu son proseslərdə, sionist rejimini tarixlərində görünməmiş bir böhrana düçar edib.”

Related posts

Livan əsgərləri sionist rejimin bayrağını tapdaladı – video

Məcazi fəzaya diqqət

Yəmənlilər Trampın planını qınamaq üçün yenidən küçələrə çıxdılar – video