Zelenskinin avtomobili qəzaya düşdü: Xəsarət var (Video izlə)

Kiyevdə minik avtomobili ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin xidməti avtomobili və onu müşayiət edən maşınlar toqquşub.

Bu barədə dövlət başçısının mətbuat katibi Sergey Nikiforov məlumat verib.

Nikiforovun sözlərinə görə, dövlət başçısını müşayiət edən həkimlər minik avtomobilinin sürücüsünə təcili yardım göstərib və onu təcili tibbi yardım maşınına təhvil veriblər.

“Prezident həkim tərəfindən müayinə olunub, ciddi xəsarət aşkar edilməyib”, – məlumatda deyilir.

Hadisənin başvermə şəraiti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi