Zelenski, Putin, Harris, Tramp – Bayden hamısını qarışdırdı – VİDEO

U.S. President Joe Biden speaks during an event at the Royal Castle, amid Russia's invasion of Ukraine, in Warsaw, Poland, March 26, 2022. REUTERS/Aleksandra Szmigiel

ABŞ Prezidenti Co Bayden NATO-nun sammitində ukraynalı həmkarı Volodimir Zelenski ilə bağlı kobud səhvə yol verib.

Belə ki, o, sözü Zelenskiyə verərkən onu “Ukrayna Prezidenti Putin” kimi təqdim edib.

Tədbir iştirakçılarının müdaxiləsindən sonra Bayden səhvini düzəldib.

Səhnəyə çıxan Zelenski isə amerikalı həmkarının əlini sıxıb.

Bundan əlavə, C.Bayden ABŞ-nin vitse-prezidenti Kamala Harrisi siyasi rəqibi Donald Trampla səhv salıb.

“Bilirsiniz, əgər onun bu vəzifəyə layiq olmadığını düşünsəyidim, Trampı vitse-prezident vəzifəsinə təyin etməzdim”, – deyə C.Bayden Vaşinqtonda keçirilən NATO sammitinin yekun mətbuat konfransında deyib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi