QafqazTimes xəbər verir ki, Ukrayna müharibəsindəki zəifliklərini ört-basdır etmək üçün hər fürsətdən istifadə edən və İran İslam Respublikasını hədəfə alan Ukrayna prezidenti Vladimir Zelenski, etdiyi bir videomüraciətində Benyamin Netanyahunun hakimiyyətə qayıdışından xoşhallığını gizlətməyərək, üstüörtülü şəkildə sionist rejimlə Ukraynanın İrana qarşı birgə hərəkətə keçə biləcəklərinə ümid etdiyini bildirib.
“Newsweek” yazıb ki, Zelenski Benyamin Netanyahunun sionist rejimin parlament seçkilərindən sonra hakimiyyətə qayıdışını müsbət qarşılayıb və ümid etdiyini bildirib ki, İsrail və Ukrayna, ortaq təhlükəsizlik narahatlıqları kimi təsvir etdiyi məsələlər əsasında münasibətlərini yaxşılaşdıra bilər.
Ukraynanın komediyaçı prezidenti ölkəsinin xalqı qarşısında etdiyi çıxışında bildirib ki, sağçı və dini koalisiyası ötən həftə keçirilən seçkilərdə qalib gələn Netanyahunu təbrik edib.
Rusiya ilə müharibədə ölkəsinin 20% ərazisini əldən verən Zelenski əsassız iddialarla növbəti dəfə İran İslam Respublikasını Rusiya ordusuna Ukraynaya hücum etmək üçün pilotsuz təyyarələr verməkdə ittiham edib.
Qeyd edək ki, bundan öncə İsrailin baş naziri Yair Lapid Ukraynanın hərbi yardım tələblərini qəbul etməkdən imtina etmişdi. İndi isə Netanyahunun hakimiyyətə qayıdışı ilə Zelenski işğalçı rejimlə ortaq maraqlar əldə edə biləcəyinə ümid edir.
Məlumata görə, Zelenski videomüraciətində həmçinin deyib: “Məncə, Ukraynanın nəyi vurğuladığı və İsrailin təhlükəsizliklə bağlı nəyi vurğuladığı hamıya aydındır.”
Ukrayna prezidenti üstüörtülü şəkildə İranın adını çəkmədən İran İslam Respublikasına işarə edərək deyib: “İnanıram ki, biz ölkələrimizi qeyri-adi şəkildə gücləndirə bilərik, xüsusən də nəzərə alsaq ki, bizi əhatə edən təhdidlər bizi bir-birimizə sıx bağlayır.”