Zelenski Bennetdən vasitəçilik etməsini istəyib

QafqazTimes Ukrayna Radio və Televiziya İttifaqının məlumatına istinadən xəbər verir ki, Vladimir Zelenski Naftali Bennetti Ukraynadakı hərbi əməliyyatları dayandırmaq üçün Rusiya ilə məsləhətləşməyə və vasitəçilik etməyə çağırıb.

“Financial Times” qəzeti də bu xəbəri təsdiqləyib. Qəzet məlumatlı mənbəyə istinadən yazır ki, Bennettin vasitəçiliklə razılaşıb-razılaşmayacağı bəlli deyil.

Cümə günü ABŞ Ukrayna prezidentindən Kiyevin boşaldılmasını istəyib, lakin o, ABŞ-ın təklifini rədd edərək deyib: “Müharibə burda baş verir və mənə qaçmaq yox, sursat lazımdır.”

Washington Post həmçinin yazıb ki, ABŞ hökuməti Zelinskini Kiyevdən çıxarmağa və onun üçün mühacirətdə Ukrayna hökumətinə rəhbərlik edə biləcəyi təhlükəsiz bir yer tədarük görməyə hazır olduğunu bildirib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib