“Zaman səyyahı”ndan bu gün üçün qorxulu xəbərdarlıq

Özünü “Zaman səyyahı” adlandıran və 2671-ci ilə aid olduğunu iddia edən Eno Alarik yeni xəbərdarlıqları ilə gündəm olub. O, sentyabra kimi “baş verəcək” ən vacib hadisələri sıralayıb.

Alarikin ilk xəbərdarlığı bu ilin aprelin 4-ü ilə bağlıdır. “Zaman səyyahı”nın sözlərinə görə, həmin gün buzda bubon vəbası aşkar ediləcək və 52 000 insan buna yoluxacaq.

Xəbərdarlıq belə davam edir:

“Mayın 12-də elm adamları mükəmməl qorunmuş dinozavr yumurtası tapacaqlar.

İyunun 4-də güclü zəlzələ baş verəcək və okeanın mərkəzində Marian çökəkliyindən daha dərin bir çökəklik açacaq. Yaranan çatdan nəsli kəsilmiş hesab edilən çoxlu canlılar çıxacaq.

İyulun 18-də ABŞ-də supervulkan püskürəcək və bu, yüz minlərlə insanın ölümünə gətirəcək, tüstü və kül Birləşmiş Ştatların bütün ərazisində səmanı bürüyəcək.

Avqustun 24-də Cənubi Amerikada müasirindən daha təkmil texnologiyalara malik qədim sivilizasiya aşkarlanacaq.

Sentyabrın 18-də Afrikada güclü maqnit sahəsinin mənbəyi peyda olacaq və bütün kompaslar şimal yerinə oraya işarə edəcək”.

İstifadəçilər arasında deyilənlərə inananlar tapılsa da, çoxu bu proqnozları gülüşlə qarşılayıb.

“Bu il yay gərgin olacaq”, “Bunların heç biri olmayacaq”, “Bu gülünc və inanılmaz səslənir”, – deyə istifadəçilər “Zaman səyyahı”nın sözlərinə reaksiya veriblər.

Related posts

Son üç il ərzində dünyada təyyarə qəzalarının STATİSTİKASI

5 antik sirrin hekayəsi: Bu daşlar nə işə yarayır – Alimlər də heyrət içində – FOTOLAR

Portuqaliya sahillərində inanılmaz tapıntı – Qızıl və gümüş yüklü 250 gəmi