Zəlzələ zamanı çökən İskenderunda qasırğa: Dəniz və şəhər birləşdi – FOTO/VİDEO

Türkiyədə dəhşətli zəlzələ zamanı təqribən bir metr çökən İskenderun (Hatay) körfəzində yağan şiddətli yağışdan sonra dəniz və şəhər birləşib, sahil zolağı və yaşayış məntəqələri su altında qalıb.

Yerli hökumət sakinlərə dənizə yaxın ərazilərdən çəkinməyə və zirzəmidə yerləşən müəssisələrdə qalmamağa çağırış edib. Bundan başqa məktəblərdə birgünlük tətil elan edilib.

Qeyd edək ki, Türkiyədə bir neçə gündür başlayan güclü qasırğalar və leysanlardan sonra dənizin daşması nəticəsində bir sıra şəhərləri su basıb. Bazar günü 81 əyalətdən 44-də “narıncı” təhlükə səviyyəsi elan edilib.

“Narıncı” təhlükə səviyyəsi – hava şəraiti ilə əlaqədar elan olunan dörd səviyyədən üçüncüsüdür. Ən yüksək səviyyə “qırmızı” təhlükə səviyyəsidir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi