İsrail uzun zamandır həm düşmənlərinə, həm də dostlarına qarşı informasiya müharibəsi aparır və bunu uğurla həyata keçirir. “Müstəqil İsrail” tarixinin özü bütövlükdə yalanlar zəncirindən ibarətdir və bu yalanlar dövlətin təməlini təşkil edir.
Bu fikrim mülki vətəndaşlara aid deyil — onlar da öz hökumətləri tərəfindən aldadılıblar. Bu bəyanat yalnız sionistlərə və müxtəlif ölkələrdə yerləşmiş müttəfiqlərinə aiddir.
Demək istədiyim odur ki, sionistlər tərəfindən yayımlanan materiallara qarşı çox diqqətli olmalıyıq — istər küçədə təsadüfi bir keçidin çəkdiyi şəkil və ya video olsun, istərsə də rəsmi kadrlardır.
Bir nümunə olaraq:
Qərbli internet istifadəçiləri İsrail ordusunun guya İran raket qurğularının vurulmasını göstərən video hesabatlarını təhlil ediblər və belə nəticəyə gəliblər ki, İsraillilər eyni raket qurğusunun vurulduğu anı bir neçə dəfə müxtəlif rakurslardan və ardıcıllıqlarda montaj edərək təkrar-təkrar təqdim ediblər.
Amma məsələ bununla da bitmir. Be’er Şeva şəhərindən yayılan çoxsaylı görüntülər – hansıları ki, mən də paylaşmışdım – bizə tipik bir saxtakarlığın göstərildiyini ehtimal etməyə əsas verir.