Yusif əl-Hüseyni: İsrail prezidentinin qarşılanması Fələstin xalqına xəyanətdir

QafqazTimes xəbər verir ki, Fələstin İslami Cihad hərəkatının siyasi bürosunun üzvü Yusif əl-Hüseyni Ankara rəsmilərinin İsrail prezidentini qarşılamasına reaksiya verib.

Məlumata görə, İslami Cihad hərəkatının siyasi bürosunun üzvü Ankaranın İsrail prezidenti İshaq Hersoqu qarşılamasını Fələstin xalqının kürəyinə sancılmış xəncər adlandırıb. O, bildirib ki, İsrail müstəmləkəçi Qərbin yaratdığı qeyri-qanuni rejimdir.

Bu Fələstin rəsmisi bildirib: “İsrail rejimi ilə istənilən əlaqə və onunla münasibətlərin normallaşdırılması onun cinayətlərini qəbul etmək deməkdir. Sionist rejim liderlərinin müxtəlif ölkələrin, o cümlədən Türkiyə rəsmiləri tərəfindən qarşılanmasına heç bir halda haqq qazandırmaq olmaz.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya