Yunanıstanda iki qatarın toqquşması nəticəsində azı 16 nəfər ölüb

QafqazTimes xəbər verir ki, KİV-ləri çərşənbə günü səhər Yunanıstanın mərkəzində iki qatarın qəzaya uğraması və ən azı iki vaqonun yanması barədə məlumat yayıb.

TRT telekanalının rəsmi saytının xəbərinə görə, Yunanıstan Yanğınsöndürmə İdarəsinin sözçüsü iki qatarın sərnişinlərinin xilas edilməsi üçün işlərin davam etdiyini və indiyə qədər 16 nəfərin cəsədinin tapıldığını bildirib.

TRT xəbər kanalının məlumatına görə, Larisa şəhərində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində baş verən bu qəzada ən azı 85 nəfər xəsarət alıb.

Yunanıstan rəsmiləri hələlik qəzanın səbəbləri ilə bağlı açıqlama verməyib. Yunanıstanın yanğınsöndürmə idarəsi yanğının qarşısının alındığını bildirib.

TRT-nin məlumata görə SKAI telekanalı şüşələri sınmış və tüstülənən vaqonların görüntülərini yayımlayıb. Bu görüntülərə görə xilasedicilər fənərlərlə vaqonların içərisində olan sərnişinlərin axtarışındadırlar.

Sərnişin qatarının sərnişinlərindən biri Yunanıstan mediasına verdiyi müsahibədə “Bu, bir zəlzələ kimi idi” deyib.

Yunanıstan rəsmiləri bu iki qatarın ön tərəfdən bir biriləri ilə toqquşduğunu bildiriblər. Sərnişin qatarı Afinadan Saloniki istiqamətinə, yük qatarı isə Salonikidən Larissaya hərəkət edirmiş.

Related posts

Həcci əvəz edən əməl yoxdur

Qüds şərəf və müqavimətin rəmzidir

Qüds şərəf və müqavimətin rəmzidir

“Allahın izni olmayınca heç kəsə ölüm yoxdur” – video