Yunan xalqı üzdəniraq nigahın leqallaşdırılmasına qarşı kütləvi aksiya keçirib – VİDEO

Yunanıstan paytaxtının mərkəzində yerləşən mərkəzi Afina Sintaqma Meydanında üzdəniraq eynicinsli cütlüklərin nikahlarının qanuniləşdirilməsinə və uşaqların onlar tərəfindən övladlığa götürməsinə qarşı kütləvi aksiya keçirilib.

Qeyd olunur ki, yüzlərlə insan əllərində Yunanıstan bayraqları, nişanlar və xaçlar, həmçinin “Biz eynicinslilərin nikahı ilə bağlı radikal qanun layihəsinə yox deyirik” şüarı yazılmış plakatlar tutaraq etiraz ediblər.

Aksiya bir sıra pravoslav təşkilatları tərəfindən təşkil olunub. Mitinqdə bəzi siyasi partiyaların yüksək vəzifəli şəxsləri də iştirak ediblər.

Eynicinsli nikahlara qarşı kütləvi aksiyalar ölkənin Saloniki və Patra şəhərlərində də keçirilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi