Yumurta və unla “çevriliş” elədilər, yeni “qanunlar” çıxardılar: Maraqlı görüntülər – FOTO/VİDEO

İspaniyada “Yumurta-Un Döyüşü” adlı maraqlı festival keçirilib.

Yerlilərin “Els enfarinats” adlandırdığı tədbirin maraqlı hekayəsi var. Əfsanəyə görə İbi adlı kiçik şəhərdə bir gün “dövlət çevrilişi” baş verir və hərbi geyimli adamlar (“els enfarinats” elə onlardır) hakimiyyətə gəlirlər.

İbi şəhərində yaşamış və körpələrin qətliamını həyata keçirmiş Kral Hirodun hadisəsi İncildə də qeyd olunur.

Festival iştirakçıları gün ərzində “hökuməti devirir”, sonra “yenisini” seçir və yeni “qanunlar” çıxarırlar, yeni “hökumətə” vergi ödəməmiş vətəndaşları axtarırlar, ödəməyə razı olmayanlar un və yumurta atəşinə tutulur.

Günortaya yaxın “yeni hökumət”dən bezən və onu yumurtayla, unla devirməyə çalışan qrup formalaşır.

Məlumata görə, bir gündə mindən çox yumurta və yüzlərlə kiloqram un istifadə edilir.

Döyüş barışıqla başa çatır, mahnılar oxunur, rəqslər edilir və xeyriyyəçilik üçün vəsaitlər toplanılır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi