Yüksəkgərginlikli elektrik xəttində partlayış: AÇIQLAMA VERİLDİ – (Video izlə)

Bakıda yüksəkgərginlikli elektrik xəttində qəza baş verib.

Hadisə Bakının Nizami rayonunda olub. Bununla bağlı “Azərişıq” ASC açıqlama verib.

Qurumun mətbuat xidmətindən bildirilib ki, qəza baş verəndən sonra təmir-bərpa briqadaları əraziyə yollanıb.

“İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatının kəsilməməsi üçün dairəvi sxem üzrə abonentlər ehtiyat xətt vasitəsi ilə elektrik enerjisi ilə təmin edilib. Hazırda qəza baş verən ərazidə bütün abonentlərin elektrik enerjisi təchizatı qaydasındadır. Əməkdaşlarımız ərazidə çalışır və qarşıdakı saatlarda qəza baş verən xətt təmir edilərək istismara veriləcək”, – deyə qurumun açıqlamasında deyilib.

Hadisənin görüntülərini təqdim edirik:

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir