Yük maşını yaşyarımlıq uşağı əzdi (Video izlə)

Ukraynanın Zakarpatye vilayətinin Raxovski rayonunda bədbəxt hadisə baş verib.

Rayonun Yasinya kəndində yaşyarımlıq qız uşağı sərxoş anasının diqqətsizliyi səbəbindən həyatını itirib.

Anası sərxoş olduğu üçün uşağı qucağından yerə qoyub. Uşaq isə yolun maşınlar hərəkət edən hissəsinə qaçıb və bu zaman sürətlə gələn “Ural” markalı yük avtomobilinin təkərləri altına düşüb.

Hadisə ilə bağlı ana saxlanılıb. Müayinə zamanı onun qanında 1,7 ppm spirt aşkar edilib. Ananı beş ilə qədər həbs cəzası gözləyir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi