Yük maşını sərhəd məntəqəsinə çırpıldı (Video izlə)

Rusiyada Leninqrad vilayətinin Lomonosovski rayonunda ağır yük maşını hərəkətdə olarkən sərhədçilərin növbətçi məntəqəsinə çırpılıb.

Hadisə Lebyajye kəndinin girişində baş verib. Məlumatı ərazi üzrə fövqəladə hallar xidməti də təsdiqləyib.

Zərbə anı videoregistrator tərəfindən qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb. Qəza zamanı məntəqə boş olub.

Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi