“YouTube”dan daha bir YENİLİK

“Google” şirkəti “YouTube” üçün “Hype” funksiyasının sınaq versiyasını istifadəyə verib.

Qeyd olunub ki, onun məqsədi kiçik kanalların müəlliflərinin izləyicilərinin sayını artırmaqdır.

Yenilik hazırda 500 minə qədər abunəçisi olan kiçik kanalların izləyiciləri üçün nəzərdə tutulub. “Hype” funksiyası izləyicilərə yeddi gün ərzində yayımlanan videoları irəli çəkməyə imkan verir.

Hazırda “Hype” düyməsi Braziliya, Türkiyə və Tayvandan olan istifadəçilər üçün əlçatandır.

Eksperimental funksiyanın digər istifadəçilər üçün nə vaxt əlçatan olacağı açıqlanmayıb. Həmçinin, “Google”un bu funksiyanı pullu etməyi planlaşdırıb-planlaşdırmadığı da məlum deyil.

Qeyd edək ki, “YouTube” şirkəti daha əvvəl videolara qeydlər əlavə etmək funksiyasını istifadəyə verəcəyi ilə bağlı məlumat yayıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi