Yolu zibilləməklə sosial şəbəkədə müzakirəyə səbəb olan şəxs məsuliyyətə cəlb olundu – VİDEO

Yolu zibilləyən şəxs inzibati məsuliyətə cəlb edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Belə ki, müxtəlif media subyektlərində yayılmış görüntülərə əsasən paytaxtın Binəqədi rayonu ərazisində “İJ” markalı 90-GX-182 qeydiyyat nişanlı avtomobildən yola zibil atılması faktı ilə bağlı araşdırma aparılaraq, vətəndaş A.Həsənzadə aşkar edilərək, törədilən qayda pozuntusuna müvafiq olaraq inzibati protokol tərtib edilib.

Həmin görüntüləri təqdim edirik:

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir