Yolda kvadrosiklla “avtoşluq” edən şəxslə bağlı araşdırma başlandı (Video izlə)

Harada çəkildiyi məlum olmayan kvadrosiklla “avtoşluq” edən şəxsin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılır.

Görüntülərdə kvadrosiklla təhlükəli manevrlər edən sürücünün digər avtomobil idarəedən şəxslərin həyatını riskə atdığı anlar əks olunub.

Mövzu ilə bağlı açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, polis tərəfindən belə adamların məsuliyyətə cəlb edilməsi üçün lazımi tədbirlər görülür:

“Sözügedən görüntü barədə araşdırma aparılır”.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir