Yol polisi qayda pozmayan sürücünü cərimələdi – FOTO

Bakıda dayanma-durma qaydasını pozmayan sürücü cərimələnib.

Bu barədə sürücü bildirir ki, idarə etdiyi 99-SE-477 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili martın 9-da, paytaxtın Ceyhun Səlimov küçəsində park edərkən, yol polisi əməkdaşı onu EQ 9212976 nömrəli qərarla məsuliyyətə cəlb edib. Həmin küçənin əvvəlində 3.27 nişanı quraşdırılıb. Lakin nişan 7.4.1 lövhəciyi ilə tətbiq edildiyi üçün, dayanma-durma minik avtomobillərinə şamil edilmir. Protokola əlavə edilmiş fotolarda da dayanma-durmanın yük avtomobillərinə aid olması öz əksini tapıb.

Sürücü Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən onun barəsində tərtib edilmiş protokolun ləğv edilməsini xahiş edir.

Related posts

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

Bakıda həbsxanada ölüm baş verib

Bakının mərkəzində kişinin başı kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR – VİDEO