Yevgeni Priqojinə heykəl ucaldıldı – FOTO

“Vaqner” özəl hərbi şirkətinin keçmiş təsisçisi Yevgeni Priqojinə və silahlı birləşmənin komandiri Dmitri Utkinə Rusiyanın Krasnodar diyarının Qoryaçi Klyuç şəhərində heykəl qoyulub.

Məlumatı “ÇVK Vaqner” və “Svodki” “Telegram” kanalları yayıblar.

Məlumatda, həmçinin, bildirilir ki, Qoryaçi Klyuçda “Vaqner”çilərin kilsəsi də var.

Qeyd edək ki, Y.Priqojinin içərisində olduğu təyyarə ötən il avqustun 23-də Tver vilayətində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində Priqojinlə yanaşı, Utkin və daha səkkiz nəfər olub. Onların hamısı qəza zamanı dünyasını dəyişib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi