Yerusalim Post: Orduda infeksion xəstəliklər baş alıb gedir

Sionist rejimin Yerusalim Post qəzeti dünən axşam (18 yanvar)  İsrail ordusunda yüzlərlə hərbçinin ayaqlarında infeksion xəstəliklərin epidemiya halından xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, İsrail ordusunda xidmət edən hərbçilərin dermatoloji iltihablı infeksiya xəstəlikləri artıq epidemik hala çevrilib.

Qəzet yazır: Hərbi yarımçəkmələr əsgərlərin ayaqlarının xarici mühitdəki manelərdən qorunması üçündür. Amma bu çəkmələrin daxili standartlara uyğun olmadığında və hərbçilərin bəzən 2- həftə ayaqqabıları çıxarmadıqları təqdirdə ayaq infeksionu xəstəlikləri labüddür.

Xatırladaq ki, bundan əvvəl də sionist rejim ordusunda mədə-bağırsaq infeksion xəstəliyi yayılmış və hətta epidemik hala düşmüşdü.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur