Yerevan-Ankara münasibətləri yaxşılaşır

Ermənistan hökuməti Türkiyə mallarına tətbiq edilən embarqonun 2022-ci il yanvarın 1-dən etibarən qaldırılacağını açıqlayıb. Hökumət iyun ayında embarqonu daha 6 ay uzatmışdı.
Bizimyol xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin rəsmi sosial şəbəkəsində hesabında yaydığı məlumatda deyilir.

Ermənistan gömrüyünün məlumatına görə, 2019-cu ildə Türkiyədən ölkəyə 268 milyon dollar dəyərində mal daxil olubsa, 2020-ci ildə bu rəqəm 230 milyon dollara qədər azalıb.

Ermənistanın baş naziri Nikol Paşinyan da ötən həftə Türkiyə ilə ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazır olduqlarını bəyan edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib