Yerdən ulduz partlayışını adi gözlə müşahidə etmək mümkün olacaq – FOTO

3 000 işıq ili uzaqlıqda yerləşən ulduzun partlamasını Yerdən adi gözlə görmək mümkün olacaq.

Möhtəşəm kosmik hadisənin 2024-cü ilin mart-sentyabr ayları arasında baş verməsi gözlənilir.

Bildirilir ki, bizə bu fürsəti verən ulduz sistemi “T Coronae Borealis” kimi tanınır. Yerdən təxminən 3 000 işıq ili uzaqda yerləşən bu sistem bir-birinin ətrafında fırlanan qırmızı nəhəng ulduz və ağ cırtdandan ibarətdir. Ağ cırtdan qırmızı nəhəngdən kifayət qədər ulduz materialı udduqdan sonra qısa termonüvə partlaması yaşayacaq.

“Yeni ulduzu müşahidə etmək unikal bir fürsətdir, çünki o, təxminən hər 80 ildən bir partlayır”, – deyə NASA-dan bildirilib.

Alimlər “T Coronae Borealis”in parlaqlığının Qütb ulduzunun parlaqlığı ilə müqayisə oluna biləcəyini təxmin edirlər. O, bir həftə görünəcək, sonra sönəcək.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi