Yer kürəsini son illərin ən güclü maqnit qasırğası vurdu – FOTO

Yer kürəsini son illərin ən güclü maqnit qasırğası vurub.

Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu və Günəş Astronomiyası Laboratoriyası xəbər yayıb.

Bildirilir ki, son 24 saat ərzində Yerin maqnit sahəsinin pozulma dərəcəsi G4 səviyyəsinə çatıb. Beş ballıq şkala ilə bu, sondan əvvəlki göstəricidir (G5 ekstremal, G1 isə zəifdir).

“Qasırğa təkcə bu ilin deyil, həm də son bir neçə ilin ən güclüsü olub. Geomaqnit sahəsinin pozulmalarının intensivliyi Kp=8-ə çatdı ki, bu da G4 səviyyəsinə – çox güclü maqnit qasırğasına uyğundur”, – deyə məlumatda vurğulanıb.

Ekspertlər G4 səviyyəsinin şəbəkələrdə gərginliyin qeyri-sabitliyinə, qoruyucuların və enerji sistemlərinin bölmələrinin mümkün zədələnməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Related posts

Kofeinin “insanı ayıldan” miqdarı açıqlandı

Alimlər yeni kəşf etdikləri və xüsusiyyəti ilə onları şoka salan heyvanın görüntüsünü paylaşdılar

Zərbə dalğası minlərlə nüvə bombasının gücü qədər qiymətləndirilən asteroid Yerə yaxınlaşır