Yer kürəsini daha bir günəş qasırğası vuracaq: Tarix açıqlandı – FOTO/VİDEO

Günəşdə partlayışlar, yəni çoxlu sayda yüklü hissəciyi ehtiva edən elektromaqnit şüalanma emissiyaları baş verməkdə davam edir. Onlar ulduzun səthində güclü maqnit aktivliyinə görə sürətlənir və artır.

ABŞ Milli Okean və Atmosfer Administrasiyası xəbərdarlıq edib ki, mayın 14-də çərşənbə axşamı və ya mayın 15-də çərşənbə günü Günəş radiasiya qasırğasının Yer kürəsini vurması ehtimalı 60 faizdir.

Yeni Günəş radiasiya fırtınası, son bir həftə ərzində “X” sinfinə aid partlayışlar və tac kütləsinin püskürməsinin baş verdiyi nəhəng günəş ləkəsi “AR3664” ilə əlaqələndirilir. Bu, son onilliklərin ən böyük günəş ləkələrindən biridir və onun ölçüsü Yerdən 15-17 dəfə böyükdür. Bu ləkə planetimizin maqnit sahəsindən 2 500 dəfə güclü olan maqnit sahəsinə malikdir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi