Yerə beş asteroid yaxınlaşır – FOTO

Beş asteroid planetimizə doğru hərəkət edir. Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Agentliyinin (NASA) saytında məlumat verilib.

Bildirilir ki, ən yaxın asteroid bu gün Yerə maksimum yaxınlaşacaq. Ev böyüklüyündə olduğu hesab edilən səma cisminin planetimizin 5,11 milyon kilometr məsafəsindən keçəcəyi dəqiqləşib.

Təyyarə və avtobus ölçüsündə növbəti iki astronomik obyektin sentyabrın 8-də Yerə yaxınlaşacağı gözlənilir (müvafiq olaraq 4,08 milyon və 5,72 milyon km məsafədə).

Agentlikdən bildirilib ki, təyyarə ölçüsündə daha iki asteroid sentyabrın 10-da planetimizin yanından keçəcək. Onlarla Yer arasında minimum məsafə müvafiq olaraq 1,52 milyon km və 2,66 milyon km olacaq.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi