Yeni Zelandiya son 100 ilin ən böyük fəlakətini yaşayır: Zəlzələ, sel, qasırğa… (Video izlə)

“Yeni Zelandiyada baş verən siklon son 100 ilin ən güclü fəlakətidir”.

Bu barədə hökumət başçısı Kris Hipkins ölkəni cənginə alan “Qabriel” siklonu və ardınca gələn fəlakətlərlə bağlı bildirib.

Qeyd edək ki, qasırğa zamanı dalğalar 11 metrə qədər yüksəlib, əraziləri sel basıb, çoxlu sayda torpaq sürüşmələri qeydə alınıb, infrastruktura ciddi ziyan dəyib, ucqar ərazilərin xarici aləmlə əlaqəsi kəsilib.

Bundan başqa, dünən axşam saatlarında sakinlər 6 bal gücündə yeraltı təkanlar hiss ediblər.

Güclü qasırğa səbəbindən ilkin məlumatlara görə, azı beş nəfər həlak olub – biri uşaqdır. Həmçinin itkin düşənlər var.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi