Yeni Yasamalda “FONTAN” (Video izlə)

Bu gün Bakının Yeni Yasamal ərazisində yerləşən Əsəd Əhmədov küçəsindən keçən yolda içməli su borusu partlayıb. Sakinlərin sözlərinə görə, bu boru xəttində qəza birinci dəfə deyil baş verir.

Binaların birinci mərtəbəsində yerləşən bəzi iaşə obyektlərinin sahibləri onlara zərər dəydiyini deyirlər. Su borusu 152 Alatava adlanan su anbarı ilə Badamdar su anbarını əlaqələndirir və 2018-ci ildə istismara verilib.

Azərsu rəsmisi Yaşar Əhmədov BBC-yə bildirib ki, magistral su kəmərində baş vermiş qəzaya onun uzun müddətli istismara məruz qalması, yüksək təzyiqlə işləməsi, korroziyaya səbəb olub.

Azərsu bildirib ki, magistral su kəmərində baş vermiş qəza günün sonuna qədər aradan qaldırılaraq mərkəzi və məhəllədaxili anbarlara suyun nəqli təmin ediləcək.

Bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali dayanıqlı içməli su ilə təmin olunacaq.

Related posts

Rusiya və ABŞ arasında oyunun sonu

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları