Yeni qayda ilə avtomobil sığortası belə olacaq: ÖZÜNÜZ HESABLAYIN – CƏDVƏL

Azərbaycan Mərkəzi Bankı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nı təsdiqləyib.

Yeni qayda ilə avtomobillərin icbari sığorta haqqının (NSMMİS) hesablanması dəyişib.

Belə ki, indiyə kimi avtomobillərin icbari sığorta haqqı hesablanması avtomobilin mühərrikinin həcmi və Bonus-Malus balları əsasında aparılırdı. Yeni qayda ilə sözügedən amillərlə yanaşı, avtomobilin növü, istehsal tarixi, sürücünün yaşı və sürücülük təcrübəsi, avtomobilin sürüldüyü region da nəzərə alınacaq.

Yeni qaydada avtomobillərin icbari sığortasının hesablanması üzrə baza məbləği dəyişməyərək 50 manat saxlanılıb.

Bununla belə, avtomobil sürücülərinin yaşı və təcrübəsi az olduqda tətbiq edilən sığorta haqqı da artacaq. 1 ilədək təcrübəsi olan sürücülər üçün sığorta haqqı 1,35 əmsalı, 2-5 il təcrübəsi olanlar üçün əmsal 1,2-1,3 əmsalına vurulacaq.

Sığorta haqqına təsir edən digər amil sürücünün yaşıdır. Belə ki, 16-25 yaşa qədər olan sürücülər riskli sürücü hesab edildiyi üçün sığota haqqının da yüksək tətbiqi nəzərdə tutulub. Eyni zamanda, 65 yaşdan yuxarı sürücülər üçün də sığorta haqqı yüksək əmsalla hesablanır. Yaşa görə ən aşağı əmsallar 30-65 yaş arasında olan sürücülərə şamil ediləcək.

Sığorta haqqına təsir edən digər amil nəqliyyatın hərəkətinin sıxlığı nəzərə alınmaqla avtomobilin sürüldüyü regiondur. Bakıda sürülən avtomobillərin qəza riski yüksək olduğu üçün avtomobillərin icbari sığorta haqqının hesablanmasında, bu, ən yüksək əmsalla (1,1) nəzərə alınıb. Bu əmsal Sumqayıt və Abşeron üzrə 1,05, Naxçıvan və Gəncədə 1, digər şəhər və rayonlarda isə 0,95 olaraq tətbiq ediləcək.

Sığorta haqqının hesablanmasında nəzərə alınan digər əsas amil avtomobilin istehsal tarixidir. Yəni, avtomobil nə qədər köhnə olarsa, onunla bağlı hesablanan sığorta haqqı da yüksək olacaq. Yeni qaydalara əsasən, istehsal tarixi 10 ilədək olan nəqliyyat vasitələrində sığorta haqqı 1, 10-20 il üzrə 1,05, 20 ildən artıq olduqsa isə 1,1 əmsalı ilə hesablanacaq.

Tətbiq edilən yeni qayda ilə icbari sığorta haqqının artım fərqini hesablayaq.

Məsələn, istehsal tarixi 10 ildən çox olan 1,5 l. mühərrikli, Bakıda sürülən, sürücüsünün yaşı 25-dən çox olan, sürücülük təcrübəsi 5-6 il olan avtomobil sürücüsünə hesablanan sığorta haqqı 33,5 manat təşkil edir:

(Baza sığorta haqqı) 50 manat + (İstehsal tarixi) + 2,5 manat + (sürüldüyü ərazi Bakı) + 5 manat + (yaş və sürücülük təcrübəsi) + 10 manat (Bonus-Malus balı 50%) = 33,7 manat

Adi qayda ilə sözügedən avtomobilə hesabalan sığorta haqqı 25 manat təşkil edirdi. Bu isə o deməkdir ki, avtomobilə hesablanan sığorta haqqı 34% və ya 8,7 manat artacaq.

Qeyd edək ki, aparılan hesablama nümunə üzərində olduğu üçün artım fərqi şərtlərə görə dəyişə bilər.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video